×

Xəbərlər

Xəbərlər 21 May 2019
ADNSU tələbəsi karate üzrə dünya çempionu oldu

10-12 may tarixlərində Ukraynanın Odessa şəhərində karatenin Goju-Ryu növü üzrə dünya çempionatı keçirilib. Yarışda Azərbaycan yığma komandasının tərkibində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsinin 2-ci kurs tələbəsi Ayxan Məişzadə də iştirak edib. 52+ kq çəki dərəcəsində çıxış edən Ayxan bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.

30 nəfərə yaxın idmançımızın iştirak etdiyi turnirdə ümumilikdə 8 qızıl, 5 gümüş, 7 bürünc medal qazanılıb.

Qeyd edək ki, 5 yaşından karete ilə məşğul olan Ayxan Məişzadə indiyədək bir çox respublika daxili və beynəlxalq turnirlərdə uğurla çıxış edib.


Paylaş