×

Xəbərlər

Xəbərlər 22 May 2019
ADNSU-da QİÇS-lə mübarizəyə həsr olunan maarifləndirici tədbir keçirilib

Mayın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Respublikası QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mübarizə Mərkəzinin təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib.

Tədbirdə QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşları tərəfindən tələbələr üçün İnsanın İmmun Çatışmazlığı Virusuna görə laborator testlər keçirilib, tələbələrə QİÇS-lə mübarizəyə dair maarifləndirici məlumatlar verilib.

Kampaniya müayinə aksiyaları keçirməklə, xəstəliyə yoluxmuşları maksimal dərəcədə aşkarlamaq və müayinəyə cəlb etmək, həmçinin əhalinin İİV-QİÇS barədə biliklərinin artırılması, sağlam və təhlükəsiz həyat tərzinin təbliği məqsədini daşıyır.

Qeyd edək ki, tədbir 17-24 may “Avropa İİV-ə testləşmə həftəsi” çərçivəsində baş tutub.


Paylaş