×

Xəbərlər

Xəbərlər 27 May 2019
Azİİ Elektron Kitab Evində 28 May - Respublika Gününə həsr olunmuş kitab sərgisi keçirilib

Mayın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ Elektron Kitab Evində 28 May - Respublika Gününə həsr olunmuş kitab sərgisi keçirilib.

Sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti, əldə etdiyi uğurlar, eləcə də Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ulu öndər Heydər Əliyevin fəaliyyəti dövründə respublikamızın ictimai-siyasi, sosial, iqtisadi, elmi, mədəni həyatını, beynəlxalq əlaqələrini əks etdirən kitablar yer alıb.


Paylaş