×

Xəbərlər

Xəbərlər 30 May 2019
ADNSU-da Elmi Şuranın iclası keçirilib

Mayın 29-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib. ADNSU-nun rektoru, professor Mustafa Babanlı əvvəlcə gündəmdə duran məsələlər barədə məlumat verib.

Magistratura bölməsinin dekanı, dosent Əzizağa Qurbanov ADNSU-da magistr hazırlığının vəziyyəti barədə hesabat verib.

İclasda Azərbaycan-Fransız Universitetinin direktoru, dosent Vazeh Əskərovun illik hesabatı dinlənilib.

Elmi katib, dosent Yetər Əliyeva kvalifikasiya işləri barədə Elmi Şura üzvlərinə məlumat verib.

Elmi Şuranın iclasında, həmçinin ADNSU-da ingilis dilli tədrisin keyfiyyətinin qiymətləndirilməsi üzrə Komissiyanın hesabatı, bəzi fakültələrin elmi jurnallarının təsisi və redaksiya heyətinin təsdiq edilməsi, Elmi portalın məlumat bazasının yaradılması işinin sürətləndirilməsi və s. məsələlər müzakirə olunub.


Paylaş