×

Xəbərlər

Xəbərlər 07 Jun 2019
“Turan Drilling & Engineering” şirkəti təqaüd alacaq ADNSU tələbələrin adlarını açıqlayıb

İyunun 4-də dünyanın aparıcı qazma şirkətlərindən olan “Turan Drilling & Engineering” şirkəti (əvvəlki adı KCA  Deutag) tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin təqaüd alacaq 8 nəfər tələbəsinin adları açıqlanıb.

Tədbirdə iştriak edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı Turan Drilling şirkəti ilə uzun müddətli əməkdaşlıqdan məmnun olduğunu deyib və ADNSU tələbələrinə göstərilən xüsusi diqqətə görə minnətdarlığını ifadə edib.

Daha sonra təqaüd alacaq 8 nəfər ADNSU tələbəsinin adları açıqlanıb.

Qeyd edək ki, uzun illərdir ADNSU ilə genişmiqyaslı əməkdaşlıq əlaqələri olan Turan Drilling  hər il Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 8 tələbəsinə təqaüd qazanmaq şansı verir. Təqaüd proqramına mühəndislik sahələrində təhsil alan üçüncü kurs tələbələri müraciət edə bilir.


Paylaş