İyunun 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ Elektron Kitab Evində akademik, məşhur alim Azad Mirzəcanzadəyə həsr olunmuş “Azad Mirzəcanzadə” kitabının təqdimatı keçirilib.
Tədbirdə ADNSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, AZİİ Elektron kitab evinin direktoru Səlahət Mahmudova, “Neft-qaz mühəndisliyi” kafedrasının müdiri, professor Tulparxan Salavatov, ”Sənaye təhlükəsizliyi və Əməyin mühafizəsi” kafedrasının müdiri, professor Sakit Rəsulov, professor-müəllim heyyəti və tələbələr iştirak ediblər.
Dosent A.Babayev çıxış edərək neft-qaz sənayesi sahəsində çoxsaylı nailiyyətlərə imza atmış Azad Mirzəcanzadənin həyat və yaradıcılığından danışıb. Bildirib ki, kitabda görkəmli akademikin fəaliyyəti, elm sahəsində əldə etdiyi yeniliklər, qazandığı nailiyyətlər və s.oxuculara təqdim olunub.
Qeyd edək ki, kitab Azad Mirzəcanzadənin tələbəsi, “Neft-qaz mühəndisliyi” kafedrasının müdiri, professor Tulparxan Salavatov tərəfindən ərsəyə gəlib.