İyunun 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ Elektron Kitab Evində SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin “Akademik Xoşbəxt Yusifzadə Biblioqrafiya”, “Ömrümün illəri və izləri”, “Годы и вехи моей жизни” kitablarının təqdimatı keçirilib. Tədbirdə ADNSU-nun elm və texnika işləri üzrə prorektoru, professor Rauf Əliyarov, akademik Pərviz Məmmədov, Geoloji-kəşfiyyat fakültəsinin dekanı, dosent Nemət Paşayev, Geoloji-kəşfiyyat fakültəsinin faydalı qazıntı yataqlarının geologiyası və işlənməsi kafedrəsinin müdiri, dosent Rasim İsmayılov, AZİİ ekitab evinin direktoru Səlahət Mahmudova, universitetin professor-müəllim heyyəti və tələbələri iştirak ediblər.
Tədbirdə dosentlər Nemət Paşayev, Rasim İsmayılov və digər iştirakçılar çıxış zamanı Xoşbəxt Yusifzadənin həyat və yaradıcılığından çoz açıblar. Bildirilib ki, kitablarda görkəmli akademikin fəaliyyəti, neft sahəsində əldə etdiyi yeniliklər, qazandığı nailiyyətlər və s.oxuculara təqdim olunub.