×

Xəbərlər

Xəbərlər 03 Jul 2019
ADNSU-da iki gün davam edən Beynəlxalq konfrans başa çatıb

İyulun 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Modern İnformasiya, Ölçmə və Nəzarət Sistemlərinin Problemləri və Perspektivləri” mövzusunda keçirilən iki günlük Beynəlxalq Elmi-Praktiki konfrans yekunlaşıb.

6 seksiya əsasında keçirilən konfrans proqramına 270 məqalə daxil edilib. 100-ə yaxın material isə konfrans iştirakçıları tərəfindən iki gün ərzində müxtəlif seksiyalarda müzakirə olunub. Məruzələr müəlliflər tərəfindən, həmçinin stend təqdimatı şəklində də iştirakçılara təqdim edilib.

Konfransın yekun tədbirində ayrı-ayrı ölkələrdən gəlmiş qonaqlar çıxış edərək Azərbaycanda onlara göstərilən xoş münasibətdən, eyni zamanda burada elmə verilən dəyərdən razı qaldıqlarını bildirdilər və minnətadarlıq etdilər.

Sonda konfransda, ayrı-ayrı seksiya məruzələrində fəal iştirak edən çıxışçılara, könüllülərə, eyni zamanda təşkilatçılara sertifikatlar təqdim olunub.


Paylaş