×

Xəbərlər

Xəbərlər 08 Jul 2019
Azİİ Elektron Kitab Evinin bazasına yeni kitablar daxil olub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ Elektron Kitab Evinin bazasına Azərbaycan Respublikası Təhsil Nazirliyinin  Əsaslı Tikinti və Təchizat idarəsi tərəfindən 109 adda kitabdan ibarət kolleksiya hədiyyə olunub. Kolleksiya əsasən Azərbaycan klassiklərinin, görkəmli elm və mədəniyyət xadimlərinin əsərlərindən və eləcə də onlar haqqında yazılmış kitablardan, monoqrafiyalardan ibarətdir. Oxucuların ixtiyarına verilən kitablarlar və monoqrafiyalar yüksək keyfiyyətə və nəfis tərtibata malikdir.


Paylaş