İyulun 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Elm mərkəzi”nin “Universitet qrantı” layihəsi üzrə qalib layihələrin 2-ci mərhələsinin müzakirəsi keçirilib.
Tədbiri giriş sözü ilə açan ADNSU-nun rektoru, professor Mustafa Babanlı layihələrlə bağlı fikirlərini bölüşüb və seçilmiş layihələr üzrə qarşıda duran məsələlərdən danışıb.
Sonra “Universitet qrantı” müsabiqəsinin 6 qalib layihəsi üzrə müəlliflər layihələr üzrə görülmüş işlərlə bağlı geniş təqdimatla çıxış ediblər.
Qeyd edək ki, Qrant münsabiqəsində qalib gəlmiş layihələrin icra müddəti 1 il, hər bir qrantın məbləği isə 50 min manatadəkdir. Layihələrin icrasına 2019-cu il yanvar ayından etibarən başlanıb. Layihələrin maliyyələşdirilməsi tranşlar üzrə dörd mərhələdə, görülən işlərin montironiqinin nəticələri əsasında aparılacaq.