Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ Elektron Kitab Evinin oxucu-istifadəçilərinə Rusiyanın “Polpred.com” məlumat bazasından istifadə imkanları yaradılıb.
Belə ki, “Polpred.com” Kütləvi İnformasiya Vasitələrinin əsas (KİV) nəşrlərinin arxivi rus dilində olan ən böyük verilənlər bazalarından biridir. Bazada son 20 il ərzində informasiya agentliklərinin və işgüzar mətbuatın topladığı məqalələr, xüsusi ilə də Rusiyada və xaricdə neft, qaz və digər sosialyönümlü silsilə xəbərlər, 53 sənaye və 8 federal rayon haqqında 600 mənbə, 20 min yüksək vəzifəli şəxslərin müsahibələri və digər materiallar toplanıb.
”Polpred.com” kitab evinin bütün kompyuterləri və daxili şəbəkə açıqdır və buradan arxivlərə, Rusiyanın aparıcı kitabxanalarına daxil olmaq, materiallardan istifadə etmək pulsuzdur və vaxt məhdudiyyəti yoxdur.
Maraqlananlar www.“Polpred.com” saytına daxil olmaqla bazadan yararlana bilərlər.