×

Xəbərlər

Xəbərlər 06 Sep 2019
ADNSU tələbələri “Odlar Yurdu –Azərbaycana səyahət” tələbə yay məktəbində iştirak edib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İnformasiya Texnologiyaları və İdarəetmə Fakültəsidə (İTİF) təhsil alan 2 nəfər tələbəsi Yusifova Əsli və Nağıyev Emil “Odlar Yurdu –Azərbaycana səyahət” tələbə yay məktəbində iştirak ediblər.

Yay məktəbi iyulun 15-də tələbələrin Ulu öndər Heydər Əliyevin məzarını ziyarəti ilə start götürüb. Yay məktəbi çərçivəsində tələbələr Bakı, Sumqayıt, Qobustan və Quba şəhərlərində olub, tarixi memarlıq abidələri, mədəniyyət ocaqları ilə yaxından tanış olub, eyni zamanda ali təhsil müəssisələri və bir sıra görməli yerlərə səfərlər ediblər. Səfər müddətində tələbələrə şəhərlər və səfər olunan tarixi və mədəniyyət abidələri barədə ətraflı məlumat verilib, eləcə də bölgələrdə ali təhsilin vəziyyəti və sosial-ictimai həyatından bəhs olunub.

İyulun 20-dək davam edən yay məktəbini başa vuran tələbələrə sertifikatlar və xatirə hədiyyələri təqdim edilib.


Paylaş