×

Xəbərlər

Xəbərlər 23 Sep 2019
ADNSU-da Kimya-texnologiya fakültəsinin birinci kurs tələbələri ilə görüş xoş təəssüratlarla yadda qalıb

Sentyabrın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Kimya-texnologiya fakültəsinin birinci kurs tələbələri ilə görüş keçirilib. Görüşdə Kimya-texnologiya fakültəsinin dekanı, professor Sevinc Məmmədxanova, universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Namiq Gəncəyev, Tələbə Gənclər Təşkilatının sədri Müqəddəs Əzizzadə və tələbələr iştirak ediblər.

ADNSU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri N.Gəncəyev tələbələri təbrik etdikdən sonra öncə onlara universitetin tarixi, tanınımış məzunları və hazırki fəaliyyəti haqqında məlumat verib.  Sonra o, THİK-nin fəaliyyəti, bu təşkilatın gənclərin inkişafı, elmi bacarıqlarının və istedadlarının üzə çıxarılmasındakı əhəmiyyətindən danışıb. Bir çox sahələr üzrə THİK-nin bölmələrinin olduğunu deyən N.Gəncəyev bildirib ki, universitetdə fəaliyyət göstərən mahnı və rəqs ansamblı, “Maqnat” intellektual klubu, “Şən və Hazırcavablar” klubu, eyni zamanda 12 idman növünü özündə birləşdirən idman klubları və digər bölmələrin hər birinin təşkilatçıları tələbələrdir. N.Gəncəyev tələbələri universitetin ictimai həyatında və bu klublarda fəal iştirak etməyə dəvət edib və hər birinə uğular arzu edib.

Sonda ənənəvi olaraq tələbələri maraqlandıran suallar cavablandırılıb və fakültə üzrə Tələbə Gənclər Təşkilatının nümayəndəsi seçilib.


Paylaş