×

Xəbərlər

Xəbərlər 23 Sep 2019
ADNSU-da "Azərbaycanın İqtisadi inkişafının Heydər Əliyev strategiyası" kitabının təqdimatı keçirilib

Sentyabrın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “AZİİ e-kitab evi”ndə Azərbaycan İqtisad Universitetinin professor-müəllim heyyəti tərəfindən yazılmış "Azərbaycanın İqtisadi inkişafının Heydər Əliyev strategiyası" adlı monoqrafiyasının təqdimat mərasimi keçirilib. Tədbirdə ADNSU-nun Elm və texnika üzrə prorektorг, professor Rauf Əliyarov, Azərbaycan İqtisad universitetinin "iqtisadiyyatın tənzimlənməsi" kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Məhiş Əhmədov, AZİİ e-kitab evinin direktoru Səlahət Mahmudova, professor-müəllim heyəti və tələbələr iştirak edib.

Müzakirələrdə ADNSU-nun İctimai fənnlər kafedrasının müdiri, professor Camal Mustafayev, kafedranın dosenti Yaşar Əhmədov, "Sənayenin iqtisadiyyatı və menecmenti" kafedrasının müdiri, professor Qənimət Səfərov, "Enerji və neft-kimya sahələrinin iqtisadiyyatı və menecmenti" kafedrasının müdiri, professor Qəzənfər Süleymanov çıxış edərək monoqrafiyanın müasir dövrdəki elmi,nəzəri, metodoloji, həmçinin siyasi-iqtisadi təfəkkürün formalaşmasındakı rolunu çox yüksək qiymətləndiriblər. Tədbir iştirakçıları sonda monoqrafiyanın universitetimizin doktorantları, magistrları və bakalavrları üçün geniş istifadə oluna biləcəyini nəzərə alıb həmin monoqrafiyanın elektron və mümkün olan sayda çap variantının universitetimizə təqdim olunmasını UNEC rəhbərliyindən xahiş ediblər.

Qeyd edək ki, monoqrafiyada əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla inkişaf etridilən Azərbaycanın iqtisadi inkişaf strategiyasının mahiyyəti, ümumi və xarakterik cəhətləri inkişaf perspektivləri təhlil olunur.


Paylaş