×

Xəbərlər

Xəbərlər 24 Sep 2019
ADNSU rektoru Türkiyənin Malatya şəhərində keçirilən beynəlxalq konfransda iştirak edib

          Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı 21-22 sentyabr tarixlərində Türkiyənin Malatya şəhərində keçirilən beynəlxalq konfransda iştirak edib. 2 gün davam edən “ Süni intellekt və məlumatların emalı”  adlı konfransda fəxri sədr qismində çıxış edən rektor, professor M.Babanlı iki ölkə arasında əlaqələrdən danışıb və tələbə müəllim mübadiləsinin aparılmasının vacibliyini diqqətə çatdırıb. Çıxışında super kompüterlərin və verilənlər bazası əsasında müasir laborator işlərin, həmçinin elmi araşdırmaların aparılmasının daha asan olduğunu vurğulayan rektor M.Babanlı özünün elmi araşdırmalarından da danışıb. Sonda rektor M.Babanlı universitetlər arasında beynəlxalq səviyyədə əməkdaşlığın yeni istiqamətlərinə toxunub.

          Qeyd edək ki, konfrans Türkiyənin İnönü Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə keçirilib. Tədbir iştirakçıları növbəti konfransın ADNSU-da keçirilməsinə və universitetin 100 illiyinə həsr olunmasına dair qərar qəbul ediblər.

 


Paylaş