×

Xəbərlər

Xəbərlər 24 Sep 2019
ADNSU-da Fövqəladə hallar zamanı ilkin tibbi yardımla bağlı seminar keçirilib

Sentyabrın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Fövqəladə hadisələr zamanı ilkin tibbi yardımın göstərilməsi ilə bağlı seminar keçirilib. Tədbirdə ADNSU-nun Mülki Müdafiə xidmətinin komandir-rəis heyəti, MM-nin və fövqəladə hallar üzrə komissiyanın üzvləri iştirak ediblər.

Mövzü üzrə ADNSU-nun Mülki Müdafiə qərargahının rəisi Elşən Məmmədov geniş məruzə ilə çıxış etdikdən sonra tədbirin planına uyğun olaraq məşqlər keçirilib. Sonra ilkin tibbi yardımla bağlı filim nümayış olunub.


Paylaş