Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Tələbə Gənclər Təşkilatının bir qrup fəal tələbəsi Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda qan xərçəngindən əziyyət çəkən uşaqları ziyarət edib.
Öz ziyarətləri ilə uşaqları sevindirən tələbələr həmçinin uşaqlara müxtəlif hədiyyələr təqdim ediblər. Tələbələr qan xərçəngindən əziyyət çəkən uşaqlara dərslərində kömək edib, onlarla söhbət edib və vaxtlarının əyləncəli keçməsinə çalışıblar.
Qeyd edək ki, ADNSU tələbələri belə ziyarətləri mütəmadi olaraq davam etdirməyi düşünürlər.