×

Xəbərlər

Xəbərlər 03 Oct 2019
ADNSU ilə Türkiyənin İğdır Universiteti arasında memorandum imzalanıb

Oktyabrın 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Türkiyənin İğdır Universitetinin rektoru, professor Mehmet Hakkı ilə görüşüb.

Görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov və Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Rafiq Camalov, İğdır Universitetinin rektoru, professor Mehmet Hakkı və digər qonaqlar iştirak ediblər.

ADNSU-nun tarixi, beynəlxalq əlaqələri və son illərdə qazanılan nailiyyətlər barədə qonağa məlumat verən rektor M.Babanlı bildirib ki, gələn il Azİİ-nin 100 illiyi qeyd olunacaq. Ən önəmlisi odur ki, universitet bu şanlı tarixə böyük nailiyyətlərlə qovuşur. O, əlavə edib ki, hələ SSRİ vaxtında bu təhsil ocağı ən yaxşı universitetlərdən biri olub. Müəyyən dövrlərdə geriləmələr olmasına baxmayaraq, hazırda da ADNSU-da təhsil tam müasir standartlara, dünya trendinə uyğun təşkil olunub. Burada 14 mindən artıq tələbəyə 3 dildə, bakalavr, magistr və doktarantura səviyyəsində təhsil verilir. Rektor M.Babanlı həmçinin, beynəlxalq əlaqələrə hər zaman önəm verdiyini və İğdır Universiteti ilə də əlaqələrin genişlənməsində maraqlı olduğunu diqqətə çatdırıb.

İğdır Universitetinin rektoru, professor Mehmet Hakkı səmimi görüşdən məmnun olduğunu qeyd edərək təmsil etdiyi universitet, oradakı təhsil prosesi və ADNSU ilə qarşılıqlı əlaqələrdən söz açıb. Bildirib ki, ADNSU ilə ikitərəfli əməkdaşlıq onlar üçün xüsusi əhəmiyyət kəsb edir. Son illər bu universitetin necə sürətlə inkişaf etməsinin və kəmiyyətlə yanaşı, keyfiyyət göstəricilərinə xüsusi önəm verildiyinin şahididirlər.

Görüşün sonunda ADNSU ilə Türkiyyənin İğdır Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.


Paylaş