Noyabrın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Gənclər Fondu, Azərbaycan-Fransa Məzunlar Assosiasiyasının dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) və Böyük Qayıdış Gənclər Təşkilatı İctimai Birliyinin və ADNSU-nun birgə təşkilatçılığı ilə 8 Noyabr Zəfər Gününə həsr olunmuş "Qarabağda yenidənqurma" mövzusunda panel müzakirə keçirilib. Müzakirədə ADNSU-nun rektor əvəzi, dosent, YAP İdarə Heyətinin üzvü Vazeh Əsgərovun, Qarabağ Dirçəliş Fondunun şöbə müdiri Pərvin Məmmədovanın, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Sarabinin, Böyük Qayıdış Gənclər təşkilatının sədri Nail Şükürovun, ADNSU-nun Elmi işlər üzrə prorektoru Lətafət Qardaşova və İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərovun çıxışları dinlənilib.
Vurğulanıb ki, bu Qələbə xalqımızın vətənpərvərliyini, qəhrəmanlığını bütün dünyaya göstərdi. Bu tarixi Zəfərin davamı olaraq 2023-cü ilin sentyabrın 19-da Müzəffər Ordumuzun 24 saatdan da az müddətdə apardığı anti-terror əməliyyatı nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan silahlı birləşmələri təslim oldu, ölkəmizin bütün ərazisində suverenliyimiz tam təmin edildi.
Çıxışlar zamanı hazırda Qarabağda yenidənqurma işləri yanaşı, mədəni irsin və tarixi abidələrin bərpası yönündə hansı işlər görülməkdədir, Qarabağ İqtisadi rayonu üzrə növbəti illər üzrə hədəflər nələrdir, Böyük Qayıdış nəticəsində Qarabağa qayıdan yerli əhali üçün məşğulluq sahəsində hansı işlər görülür və digər bu kimi mövzularla bağlı olub.
Məruzələrlə bağlı tələbələrin sualları cavabladırılıb.