Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə tələbələr arasında Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş esse müsabiqəsi keçirilib. Ümummilli Liderin anadan olmasının 102-ci ildönümü münasibətilə keçirilən müsabiqədə universitetin üç tələbəsi qaliblər sırasında yer alıb.
Mayın 7-də ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda keçirilən tədbir çərçivəsində esse müsabiqəsinin qalibləri elan edilib. Nəticələrə əsasən, Mehdiyev Bayraməli (EF) birinci, Cabbarlı Şəbnəm (BA proqramları) ikinci, Atakişizadə Əfruzə (İTİF) isə üçüncü yerin qalibi olub.
Qalibləri təbrik edən ADNSU-nun rektoru, dosent Rüfət Əzizov belə bir müsabiqədə iştirak etməyin və qalib olmağın əhəmiyyətini vurğulayıb, tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzu edib.