Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya-texnologiya fakültəsinin əyani şöbəsində bakalavriat səviyyəsində təhsil alan bir qrup tələbə praktiki dərslərini istehsalat müəssisəsində keçiblər.
Belə ki, “Qida mühəndisliyi” ixtisası üzrə “Qida məhsullarının təhlükəsizliyi”, “Yağ-piy texnologiyası” və “Qida sənayesi müəssisələrində texnoloji layihələndirmə” fənləri üzrə təhsil alan tələbələr mühazirə dərslərini “№1 Çörək Zavodu”nda dinləyiblər.
Tələbələr istehsalat prosesini yerində müşahidə ediblər, nəzəri biliklərin real şəraitdə tətbiqi ilə yaxından tanış olublar.