×

Xəbərlər

Xəbərlər 15 Nov 2023
Azİİ e-Kitab Evi 9-cu Beynəlxalq Kitab Sərgisində iştirak edib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Azİİ e-Kitab Evi 11-15 noyabr 2023-cü il tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş növbəti 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edib.
Sərgidə Azİİ e- Kİtab Evinin Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitabları,eləcə də ADNSU-nun professor-müəllim heyətinin strateji dərslik və monoqrafiyaları, digər ixtisaslara uygun materiallar, fondda saxlanılan nadir və unikal kitablar, əlyazmalar, miniatür kitablar və jurnallar yer almaqla 80-dən çox eksponat sərgilənib. Azİİ e-Kitab- Evinin stendi və resursları sərgidə iştirak edən ziyatətçilər tərəfindən maraqla qarşılanıb Sərginin sonuncu günündə Azİİ e -Kitab Evi fəal iştirakına görə sertifikatla təltif olunub.
Qeyd edək ki, sərgidə ali təhsil müəssisələrinin kitabxanaları, eləcə də 11 ölkədən 30-dan çox xarici təşkilat,109 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə qeydiyyatdan keçib. Sərgidə Azərbaycanın  və xarici ölkələrin xalq yazıçıları və şairləri  iştirak edib, imza günləri, kitab təqdimatları keçirilib.


Paylaş