Noyabrın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi tərəfindən “Gələcəyin kibertəhlükəsizlik mütəxəssisi ol!” layihəsinin təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev iştirakçıları salamlayaraq müasir dövrdə kibertəhlükəsizliyin aktuallığından danışıb və bu sahədə təhsil alan gəncləri öz üzərlərində işləməyə, daha dərin biliklər qazanmağa çağırıb.
Sonra Azərbaycan Kibertəhlükəszilik Mərkəzinin İnformasiya təhlükəsizliyi üzrə layihə koordinatoru Mələk Hüseynova Mərkəz haqqında məlumat verib, beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələri, mövcud layihələr və görülən işlərlə bağlı təqdimatla çıxış edib.
Azərbaycan Kibertəhlükəszilik Mərkəzinin kibertəhlükəsizlik üzrə eksperti, mentor Fərzəli Vəliyev Azərbaycanda kibertəhlükəsizlik Mərkəzinin 3-cü dalğasının - qeydiyyatı, həmçinin keçirilən təlimlər haqqında məlumat verib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.