×

Xəbərlər

Xəbərlər 23 Nov 2023
Fransalı professorlar ADNSU-da seminarlar keçib

Cari ilin sentyabr-noyabr aylarında Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Fransadan 8 nəfər dəvətli professor müxtəlif mövzularda tələbələrə seminar keçiblər. Belə ki, Azərbaycan-Fransız Universitetinin (UFAZ) Elmi eksperti və Strasburq Universitetinin Kompüter Elmləri ixtisasının professoru Pierre Collet tələbələrə “Süni İntellektin gələcəyi”, UFAZ-ın Kimya mühəndisliyi master proqramı üzrə koordinatoru və tədqiqat üzrə eksperti, Unistra professoru Christophe Serra doktorant namizədlərə və universitetin müəllimlərinə “Uğurlu doktorluq dissertasiyasını necə hazırlamaq olar”, Cecilia Zenni-Merk “Süni intellekt üzrə tədqiqat" mövzusunda, İgor Peretta isə “Neyrokomputinqin əsasları: Süni neyron şəbəkələrinin tədqiqi” mövzusunda İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin (İTİF) III və IV kurs tələbələrinə seminar keçiblər.

Həmçinin, Montpellier Universitetinin professoru François Henn və Haute - Alsace Universitetinin professoru Jean-François Stumé Kimya mühəndisliyi sahəsində, Maksim Bano "Arxeologiyada GPR Tətbiqləri: Diego Rivera'nın divar rəsmləri və Michoacan, Meksika, Tingambato arxeoloji yerləri", Marie-Claire Pierrat "Ətraf mühit yer elmələrində çoxdisiplinli tədqiqatın əhəmiyyəti" mövzuları üzrə seminarlar keçiblər.

Seminarlar zamanı iştirakçıların sualları dəvətli professorlar tərəfindən cavablandırılıb, onlar öz təcrübələrini tələbələrlə bölüşərək qeyd olunan mövzular üzrə geniş mühazirələr oxuyublar.


Paylaş