Noyabrın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “İqtisadiyyatın idarə edilməsinin müasir problemləri və perspektivləri” mövzusunda Respublika Elmi Konfransı başa çatıb.
Konfransın bağlanış mərasimində çıxış edən ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova konfransın elmi əhəmiyyətinə toxunub və konfransda iştirak etməkdən məmnun qaldığını deyib. ADNSU-da belə bir konfransın keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirən professor L.Qardaşova konfransın davamlı olacağını, daha geniş məsələləri əhatə edəcəyini bildirib.
Sonra bölmə rəhbərlərinin hesabatları dinlənilib.
Sonda konfransda fərqlənən iştirakçılar sertifikatlarla təltif olunub.
Qeyd edək ki, konfrans noyabrın 23-də öz işinə başlayıb. Ümumilikdə konfransa 113 məqalə təqdim olunub və onlardan 101 məqalə plagiatdan keçib.