Noyabrın 29-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib. Ənənəvi olaraq ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov əvvəlcə universitetin “Neft qaz geologiyası” kafedrasının müdiri, dosent Xuraman xanım Muxtarovanı yubiley yaşı müsabiəti ilə Elmi Şura üzvləri adından təbrik edib, ona möhkəm cansağlığı, elmi-pedaqoji fəaliyyətində uğurlar arzu edib. Sonra rektor əvəzi, dosent Vazeh Əskərov iclasın gündəliyində olan məsələləri şura üzvlərinə elan edib və gündəlik təsdiq olunub.
İclasda Qaz-neft mədən fakültəsinin dekanı, professor Elman İskəndərov fakültənin fəaliyyəti haqqında illik hesabat verib, qəbul statistikası, fakültədə tədris və təhsil səviyyəsi, görülmüş işlər və qarşıdakı hədəflər haqqında məlumat verib.
Elmi Şuranın iclasında gündəliyə uyğun olaraq 2023-2024-cü tədris ilində qarşıya qoyulan məsələlər, görüləcək işlər, yeniliklər və konkret hədəflər, həmçinin, əldə olunmuş uğurlar şura üzvləri ilə müzakirə olunub. Müzakirəyə çıxarılan məsələlərlə bağlı fikir mübadiləsi aparılıb və şura üzvləri tərəfindən yekdil qərarlar qəbul olunub.
Sonda dosent Vazeh Əskərov ADNSU-da təhsil və tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi nailiyyətlərin inkişafı, görüləcək işlər haqqında təklif və göstərişlərini verib.