Noyabrın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidməti tərəfindən “Keyfiyyət infrasturkturu sahəsinin iqtisadi inkişafda rolu” mövzusunda seminar keçirilib.
Kimya Texnologiya fakültəsinin (KTF), İqtisadiyyat və Menecment fakültəsinin və SABAH qruplarının III kurs tələbələrinin iştirak etdiyi seminarda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Standartladşırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev və İctimaiyyətlə əlaqələr və maarifləndirmə sektorunun baş məsləhətçisi Eldar Tanrıverdiyev iştirak ediblər.
Xidmətin Standartladşırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev “Keyfiyyət infrastrukturu sahəsinin iqtisadi inkişafda rolu” mövzusunda təqdimatla çıxış edib, keyfiyyət infrastrukturu sahələrinin inkişaf sisteminin formalaşdırılması, iqtisadi inkişafda onun rolundan danışıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.