Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Fransanın Strasburg Universiteti arasında Kimya mühəndisliyi sahəsində elmi əməkdaşlıq çərçivəsində Kimya Texnologiya fakültəsinin professor-müəllim heyəti, elmi işçiləri, doktorantları, magistr və ingilis dilində tədris alan tələbələri üçün elmi seminar keçirilib.
Seminarda ADNSU-nun professoru Minirə Ağahüseynova Strasburg Universiteti ilə elmi əməkdaşlığın böyük əhəmiyyətinin olduğunu qeyd edib və seminarın mövzusu haqqında iştirakçılara məlumat verib.
Sona Strasburq Universiteninin alimi, eyni zamanda UFAZ-ın müəllimi Mr.Matthias Pauly “Hibrid kompleks superquruluşlara yığılmış metal nanotellərin struktur asılı xassələri” mövzusunda məruzə ilə çıxış edib.
İştirakçılar tərəfindən maraqla qarışlanan seminarda digər elmi görüşlər kimi, müasir və aktual Kimya problemlərinin həlli, böyük tətbiq sahələri olan yeni materialların alınması və digər mövzulara da toxunulub.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.