×

Xəbərlər

Xəbərlər 04 Dec 2023
ADNSU-da ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüş keçirilib

Dekabrın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüş keçirilib.

Görüşdə ADNSU-nun Beynəlxalq əlaqələr üzrə prorektor müavini, dosent Ülviyyə Abbasova, Xarici dillər kafedrasının müdiri, dosent Fəridə Hüseynova, ABŞ-ın Azərbaycandakı səfirliyinin Mədəniyyət işləri üzrə məsul şəxs Salman Hacı,  Təhsil mütəxəssisi Xanım Teilova, Regional ingilis dili mütəxəssisi John Silver Regional koordinator  Aycan Yaman, İngilis dili proqram koordinatoru Səbinə Abdullayeva, Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları, həmçinin “Fulbright” proqramı çərçivəsində ADNSU-da tədris aparan müəllim Tiffany Tilman və digərləri iştirak ediblər. 

Görüşdə əvvəlcə qonaqlara universitetdəki tədris prosesi, beynəlxalq layihələr və əməkdaşlıq əlaqələri haqqında məlumat verilib. 

ADNSU-da olmaqdan məmnunluqlarını bildirən Amerika səfirliyinin nümayəndələri universietdə təlim və "Workshop"ların keçirilməsinin önəmini qeyd edib, tələbə və müəllimlərin bu kimi təlimlərdə iştirakının onlar üçün əhəmiyyətindən danışıblar. Görüşdə Workshopların təşkili ilə yanaşı, əməkdaşlıq oluna biləcək fəaliyyət sahələri də müzakirə edilib. 

ADNSU-da tədris aparan T.Tilman tələbələrin hazırlıq səviyyəsi, aktivliyi, həmçinin bilik və bacarıqlarından danşıb, gənclərin ingilis dilinə marağını qeyd edib. 


Paylaş