×

Xəbərlər

Xəbərlər 04 Dec 2023
“SPE ASOİU” tələbələrlə görüş keçirib

Dekabrın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Society of Petroleum Engineers” (SPE) (Neft Mühəndisləri Cəmiyyəti) beynəlxalq tələbə təşkilatının bir qolu olan “SPE ASOİU” təşkilatının tələbələrlə görüşü keçirilib.

“SPE ASOİU” təşkilatının prezidenti, ADNSU-nun tələbəsi Çingiz Əsgərli və İsa Əhmədov tələbələrə öncə təşkilat haqqında məlumat veriblər. Qeyd olunub ki, təşkilatın məqsədi savadlı, maraqlı gəncləri kəşf edib bir yerə toplayaraq onlara təlimlər keçib yetişməsində rol oynamaq, onların gələcəkdə uğurlu mühəndis kimi formalaşmasına töhfə verməkdir. Tələbələrin diqqətinə çatdırılıb ki, "Society of Petroleum Engineers" ASOIU fəliyyətində mühəndislik və əlaqəli ixtisaslarla bağlı təlimlərin keçirilməsi, məqalə yazmaq vərdişləri və dil öyrənmə bacarıqları, iş müsahibəsinə hazırlığın mərhələləri və uyğun sahələr üzrə təlimlərin keçirilməsi, yarışlar və dəyərləndirmələr kimi dinamik istiqamətləri əsas yer tutur.

Qeyd olunan istiqamətlər üzrə təşkilatın indiyə qədər keçirdiyi görüşlərdən, uğur hekayəsindən bəhs edən gənclər sonra perspektiv layihələrindən və hədəflərindən danışıblar. Çıxışlarda tələbələr – gənc mühəndislər üçün ortaq platforma olan təşkilata üzv olmağın qaydalarını da izah ediblər.

Tələbələrin marağına səbəb olan və interaktiv formatda keçirilən görüş sual-cavabla davam edib.


Paylaş