×

Xəbərlər

Xəbərlər 06 Dec 2023
ADNSU tələbələri “Skills Azərbaycan 2023” Milli yarışmasında 1 və 2-ci yerlərin qalibi olublar

İstər peşəkar, istərsə də yeni başlayan istedadlı gənclər üçün 7 fərqli bacarıq istiqamətində yarışlar keçirilib. Bacarıqlar - veb texnologiyalar, 3D rəqəmsal oyun sənəti, aşpazlıq, bərbər, zərgərlik və qaynaqçı istiqamətində olub. Seçilmiş uğurlu iştirakçılar “WorldSkills Azerbaijan” milli komandasına daxil olaraq 80-dən çox ölkənin qatılacağı nüfuzlu beynəlxalq “WorldSkills Lyon 2024” yarışında Azərbaycanı təmsil etmək hüququ qazanıblar.

18-19 noyabr tarixlərində veb texnologiyaları üzrə “Skills Azərbaycan 2023” Milli yarışın Final mərhələsində 1-ci yeri ADNSU-nun “Kompüter elmləri” ixtisasının 4-cü kurs tələbəsi Hafiz Hüseynov və 2-ci yeri  isə ADNSU-nun SABAH qruplarının “İnformasiya təhlükəsizliyi” ixtisasının 3 kurs tələbəsi Şıxalızadə Seymur tutub. 

 21 yaşa qədər gənclər arasında keçirilən bu yarışda iştirakçılar 4 fərqli modul üzrə praktiki tapşırıqları yerinə yetiriblər. 

 Qeyd edək ki, “Skills Azərbaycan 2023” Milli yarışının qalibi Hafiz Hüseynov sözügedən peşə istiqamətləri üzrə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən “WorldSkills Asia Abu Dhabi 2023” yarışında ölkəmizi təmsil edərək ümumi siyahıda 6-cı yerin sahibi olub  və Azərbaycan təmsilçiləri arasında yüksək bal nəticəsinə görə “Best of Nation” medalına layiq görülüb. 


Paylaş