×

Xəbərlər

Xəbərlər 06 Dec 2023
ADNSU-nun bir qrup tələbəsinə mühazirə dərsi istehsalat müəssisəsində keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası” kafedrasının müdiri, professor Fariz Əmirlinin təşəbbüsü ilə növbəti mühazirə dərsi birbaşa istehsalat müəssisəsində keçirilib. Professor Vüqar Mikayılov, dosent Zaur Ağamalıyev, dosent Ziyarət Paşayeva, müəllim Təranə Ağayeva və digər əməkdaşlar “Qida mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələrin "Süd və süd məhsullarının  texnologiyası” fənni üzrə mühazirə dərsini “Dr. Milk” süd zavodunda keçiblər. 

Əvvəlcə tələbələrə sanitar və təhlükəsizlik qaydalarına uyğun olaraq təlimat keçirilib. Daha sonra tələbələr istehsal müəssisəsində məhsulun hazırlanması prosesini əyani şəkildə izləyib nəzəri biliklərini praktiki müşahidə ediblər. 

Sonda tələbələrə müəssisə tərəfindən hədiyyələr verilib.


Paylaş