İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəsmi tərəfdaşı olduğu və “PASHA Holding” MMC-nin təşkilatçılığı ilə keçirilən “InMerge Innovation Summit” çərçivəsində “IDDA Awards 2023” yarışmasının qalibləri elan olunub. “IDDA Awards” üzrə mükafatlandırma 13 nominasiya üzrə aparılıb.
Yarışmasının keçirilməsində əsas məqsəd ekosistemin ən perspektivli innovatorlarını tanıtmaq və fəaliyyətinə dəstək olmaq, ölkə innovasiyasının inkişafında aktiv iştirak edən oyunçular arasında rəqabət mühiti yaratmaq və bu sahəyə olan marağı artırmaqdır.
Daha sonra mükafatçılar elan olunub. Qeyd edək ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Eazi Start” startup və innovasiya mərkəzi “İlin Ekosistem Oyunçusu” nominasiyası üzrə 3 finalistdən biri olub və eyni zamanda mərkəzin koordinatoru Elviz İsmayılov “Ekosistemin Lokomotivi” (ən dəyərli insanı-lokomotivi) nominasiyası üzrə finalist olub.
Qeyd edək ki, “IDDA Awards” 2022-ci ildə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təsis edilən və innovasiyalar sahəsində həyata keçirilən mükafatlandırma mərasimidir.