×

Xəbərlər

Xəbərlər 06 Dec 2023
ADNSU nümayəndələri DTX Akademiyasının muzeyi ilə tanış olublar

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru vəzifəsini icra edən, dosent Vazeh Əskərov və universitetin bir qrup professor- müəllim heyəti Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının yaranmasının 25-illiyi münasibəti ilə Akademiyanın Heydər Əliyev muzeyini ziyarət ediblər. Muzeydə dahi şəxsiyyətin mənalı ömür yolunu əks etdirən fotostendlər və digər eksponatlarla yaxından tanış olan ADNSU-nun nümayəndələrinə ulu öndərin ömrünün 25 ilini həsr etdiyi təhlükəsizlik orqanları qarşısında əvəzsiz xidmətləri haqqında məlumat verilib.  ADNSU-nun rektoru vəzifəsini icra edən, dosent Vazeh Əskərov Muzeyin Xatirə kitabına ürək sözlərini yazmışdır. Sonra Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisinin vəzifəsini müvəqqəti icra edən Elşad Nəsirov qonaqları konfrans zalına dəvət edib. O, Akademiyada tədris prosesinin təşkili, müasir texnoloji yeniliklərin tədrisdə tətbiqi, informasiya təhlükəsizliyi ixtisası üzrə təhsil alan gənclər üçün yaradılmış şərait və geniş imkanlar barədə məlumat təqdim etmişdir. Dosent Vazeh Əskərov Akademiya rəhbərliyini Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasını 25 illik yubileyi münasibətilə təbrik edib. O, ali təhsil müəssisələri arasında keçirlən bilik yarışmalarında Akademiyanın tələbələrinin ardıcıl olaraq qazandıqları uğurları tədrisin keyfiyyətinin yüksək olması ilə əlaqələndirib. 

Görüşdə hər iki ali məktəbin rəhbəri gənclərin müasir bilik və bacarıqlara yiyələnmələrini və Respublikanı gələcəkdə daha böyük nailiyyətlərə aparacaq peşəkar kadrlar kimi yetişmələrini məmnunluqla ifadə edib, məhz belə gənclərin ulu öndərin ideya və amallarına sadiq əsl vətəndaş kimi formalaşdıqlarını vurğulayıblar.


Paylaş