×

Xəbərlər

Xəbərlər 07 Dec 2023
ADNSU-da Türkiyənin Haliç Universitetinin nümayəndələri ilə işçi görüş keçirilib

Dekabrın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Türkiyənin Haliç Universitetinin nümayəndələri ilə işçi görüş keçirilib.

Görüşdə ADNSU-nun Beynəlxalq əlaqələr üzrə prorektor müavini, dosent Ülviyyə Abbasova, Haliç Universitetinin Erasmus və Mübadilə Proqramları Koordinatoru, Lale Çobanoğlu,  Baş Katib Burak Başkan, Beynəlxalq Təbliğat direktoru Seda Sevinçler və Beynəlxalq Əməkdaşlıq departamentinin əməkdaşları iştirak ediblər.

Görüşdə qonaqlara ADNSU-da tədris prosesi, ixtisaslar, elmi tədqiqat işləri, universitetin maddi-texniki bazası, beynəlxalq layihələr və əməkdaşlıq əlaqələri haqqında məlumat verilib.

ADNSU-ya səfədən məmnun olduqlarını bildirən Haliç Universitetinin nümayəndələri təmsil etdikləri ali məktəb, cari layihələr, əməkdaşlıq əlaqələri və tələbə mübadiləsi, eləcə də Erasmus proqramı haqqında ətraflı məlumat veriblər. Görüşdə eyni zamanda birgə əməkdaşlıq oluna biləcək sahələr, Erasmus layihələrinin həyata keçirilməsi, bərpa olunan enerji, qida və neft sahəsində tələbə mübadiləsi ilə bağlı görülə biləcək işlər müzakirə edilib. Birgə qeyd olunan istiqamətlər üzrə əməkdaşlığın daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün əməkdaşlıq müqaviləsinin imzalanmasının vacibliyi qeyd edilib. 


Paylaş