×

Xəbərlər

Xəbərlər 07 Dec 2023
ADNSU-nun dosenti Normandiya Milli Tətbiqi Elmlər İnstitutunda səfərdə olub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) "Ümumi və tətbiqi riyaziyyat" kafedrasının dosenti Nigar İsmayılova 27 noyabr - 1 dekabr tarixlərində Fransanın Ruan şəhərində Normandiya Milli Tətbiqi Elmlər İnstitutunda (INSA Rouen) səfərdə olub. Səfərin məqsədi ADNSU ilə INSA arasında Kompüter elmləri ilə bağlı birgə tədqiqatların aparılması üçün istiqamətlərin təyin olunması və müzakirəsi olub. Nigar İsmayılova institutun Kompüter elmləri, informasiya emalı və sistemləri (LITIS) laboratoriyasının tədqiqatçılarına ADNSU-da süni intellekt, paylanmış öyrənmə və oyun dizaynı istiqamətlərində aparılan araşdırmalar və nəticələr haqqında məlumat verib. Həmçinin, o institutda "İzah oluna bilən süni intellektə simvolik yanaşmalar" mövzusunda dissertasiya işinin müdafiəsini izləyib.


Paylaş