×

News

News 08 Aug 2024
Zonguldak Bülent Ecevit Universitetinin nümayəndələri ADNSU-da olublar

Avqustun 8-də Türkiyənin Zonguldak Bülent Ecevit Universitetinin (ZBEÜ) prorektorları - prof. dr. Hakan Kutoğlu ve prof. dr. Servet Karasu Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olublar.

ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov və Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Rafiq Camalovla keçirilən görüşdə iki ali təhsil müəssisəsi arasında mövcud əməkdaşıq məsələləri və inkişaf perspektivləri müzakirə olunub. Görüşdə həmçinin, ADNSU və ZBEÜ arasında enerji sahəsində əməkdaşlığın yeni müstəvidə inkişafı və müştərək layihələrin icrası ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonra qonaqlar auditoriyaları, laboratoriyaları, kitabxananı gəzərək universitetlə daha yaxından tanış olublar.


Share