×

Xəbərlər

Xəbərlər 01 May 2017
Orta məktəb şagirdləri ADNSU-nun kimya laboratoriyalarında olub

Mayın 1-də 182 saylı orta məktəbin 8-9-cu sinif şagirdləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub. “Neft-kimya texnologiyaları və sənaye ekologiyası”  kafedrasının kimya laboratoriyasını ziyarət edən orta məktəb şagirdləri laboratoriyanın texniki avadanlıqları və laborator işlərlə tanış olublar. Kafedranın müdiri Ələkbər Həsənov şagirdlərə ADNSU-nun kimya-texnologiya fakültəsi, eləcə də laboratoriayaları haqqında ətraflı məlumat verib.  Qeyd edib ki, şagirdlər laborator dərslər zamanı  ADNSU-nun laboratoiyalarından istifadə edə bilərlər.

Daha sonra ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev şagirdləri ADNSU-da görməkdən məmnun olduğunu deyib və onlara  dərslərində nizam-intizamlı olmağı, eyni zamanda gündəlik dərslərə yaxşı hazırlaşmağı tövsiyə edib.

Qeyd edək ki, orta məktəb şagirdlərinin ADNSU-nun Kimya-texnologiya fakültəsinə ekskursiya etməsində məqsəd onların dərs bacarıqlarını inkişaf etdirmək, kimya fənninə olan həvəsi daha da artırmaqdır.


Paylaş