×

Xəbərlər

Xəbərlər 02 May 2017
Geofizika və Geologiya İdarəsinin mütəxəssisləri ADNSU-da təqdimat keçirib

Mayın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Geoloji-kəşfiyyat fakültəsində SOCAR-ın Geofizika və Geologiya İdarəsinin aparıcı mütəxəssisləri “Azərbaycan Milli Geofizika Komitəsi” İctimai Birliyi ilə birlikdə  Mədən  geofiziki işlərdə tətbiq olunan yeni texnika və texnologiya üzrə təqdimat keçiriliblər.

Tədbirdə ADNSU-nun Elm və texnika üzrə (elmi işlər üzrə) prorektoru, t.e.d. Rauf Əliyarov, Geoloji-kəşfiyyat fakültəsində dekan vəzifəsini icra edən Naməd Paşayev, fakültənin professor-müəllim heyəti, eləcə də tələbələr iştirak edib. Geofizika və Geologiya İdarəsinin aparcı mütəxəssisi Hikmət Əlizadə təqdimatla çıxış edib. Təqdimatın əsas məqsədi ADNSU-nun geofizika ixtisası üzrə təhsil alan tələbələrinə geofiziki işlərdə tətbiq olunan yeni texnoloji avadanlıqlar və texnika haqqında ətraflı məlumat vermək, yeni texnoloji avadanlıqların işlənmə prinsipləri və funksiyaları haqqında tələbələr arasında  maarifləndirmə işi aparmaq olub.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb.


Paylaş