×

Xəbərlər

Xəbərlər 06 May 2017
ADNSU-da açıq qapı günü keçirilib

Mayın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) açıq qapı günü keçirilib. Tədbirdə ADNSU-nun professor-müəllim heyəti, eləcə də tələbə və valideyinlər iştirak edib.

Tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov yay imtahan sessiyasının gedişatı barədə məlumat verib, müəllim və tələbələri maraqlandıran bəzi məqamlara aydınlıq gətirib.

Sonda tələbələrin sualları cavablandırılıb.


Paylaş