×

Xəbərlər

Xəbərlər 23 May 2017
Rusiya universiteti ADNSU-ya 28 növdə nadir mineral hədiyyə edib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Ufa şəhərində Azərbaycan Respublikası və Rusiya Federasiyasının ali təhsil müəssisələrinin II Forumunda iştirak edib.

17-19 may tarixlərində keçirilən Foruma Azərbaycandan 16, Rusiyadan 34 ali təhsil müəssisəsi qatılıb.

Forum çərçivəsində ADNSU-nun rektoru, professor Mustafa Babanlı Rusiyanın Ural Dövlət Dağ-mədən Universitetinin birinci prorektoru, professor Niyaz Vəliyevlə görüşüb. İki universitet arasındakı əlaqələrin müzakirə olunduğu görüşdə N.Vəliyev M.Babanlıya ADNSU-nun minerologiya kabineti üçün 28 növdə nadir mineral hədiyyə edib.

Dəyərli hədiyyə üçün Niyaz Vəliyevə minnətdarlığını bildirən prof. Mustafa Babanlı bu minerallar sayəsində minerologiya kabinetinin daha da zənginləşəcəyinə inandığını qeyd edib.


Paylaş