Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Fransa-Azərbaycan Universitetinin (UFAZ) və “Azərkosmos” ASC-nin birgə təşkilatçılığı ilə UFAZ tələbələrinin “Azərkosmos” stansiyasına ekskursiyaları təşkil olunub.
Tələbələr Qafqazda ilk regional peyk operatoru olan “Azərkosmos” stansiyasının binası ilə tanış olduqdan sonra, onlara şirkətlə bağlı məlumat verilib, mövcud peyklər, görülən və görüləcək işlər haqqında təqdimat nümayiş edilib.
Sonra tələbələri maraqlandıran bütün suallar cavablandırılıb.
Qeyd edək ki, UFAZ tələbələrinin “Azərkosmos”a ekskursiyası mayın 30-a qədər davam edəcək.