×

Xəbərlər

Xəbərlər 27 May 2017
Çində ADNSU-nun filialının açılması məsələsi müzakirə olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı mayın 24-25-də Çin Xalq Respublikasının Lançjou (Qansu əyaləti) şəhərində bir neçə ali məktəbin rəhbərləri ilə görüşüb. Danışıqlar zamanı Çin tələbələrinin ADNSU-da təhsil almaları, müəllimlərin mübadiləsi barədə Lançjou Universiteti və Lançjou Şəhər Universiteti ilə razılaşma əldə edilib.

Görüşdə Lançjou Şəhər Universiteti nəzdində neft-qaz mühəndisliyi üzrə ADNSU-nun filialının təşkili məsələsi müzakirə olunub. Lançjou yüksək texnologiyalar Sənaye Parkına daxil olan şöbələrlə müxtəlif istiqamətləri əhatə edən birgə elmi-texniki tədqiqatların aparılması planlaşdırılıb.   


Paylaş