Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) və Fransa-Azərbaycan Universitetinin (UFAZ) nümayəndə heyəti universitetlərin tanıtımı çərçivəsində Bakı şəhərinin 30-a yaxın orta məktəbində təhsil alan şagirdlərlə görüşüblər.
Görüşlərdə ADNSU-nun tarixi, fakültələri, ixtisasları, beynəlxalq əməkdaşlıqları və ali məktəbin nəzdində fəaliyyət göstərən UFAZ haqqında şagirdlərə geniş məlumat verən nümayəndə heyəti burada tələbələrin özlərini inkişaf etdirə bilmələri üçün hər cür şəraitin mövcud olduğunu qeyd ediblər. Şagirdlərə hər iki universitetin üstünlüklərindən və qəbul qaydalarından geniş məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb.