ADNSU-nun nəzdində fəaliyyət göstərən Fransız-Azərbaycan Universiteti 2017/2018 akademik ili üçün növbəti ixtisaslar üzrə qəbul elan edir:
Kimya mühəndisliyi Geofizika mühəndisliyi Kompüter elmləri Neft-qaz mühəndisliyi
Qəbul planı: Ödənişsiz əsaslarla 120 yer
Ödənişli əsaslarla 40 yer
2017-2018-ci il üçün UFAZ paralel olaraq növbəti namizədlər üçün qəbul açıq elan edir:
-
UFAZ-ın hazırlıq ilinə qəbul üçün Dövlət imtahanından keçən (DİM) Azərbaycan vətəndaşı olan abituriyentlər;
-
UFAZ-ın birinci kursuna qəbul üçün artıq Azərbaycanın digər ali təhsil müəssisəsində təhsil alan tələbələr;
-
UFAZ-ın hazırlıq ilinə qəbul üçün (Azərbaycan vətəndaşı olmayan/dövlət imtahanından keçməyən DİM) əcnəbi tələbələr.
UFAZ-IN HAZIRLIQ ILINƏ QƏBUL ÜÇÜN DÖVLƏT IMTAHANINDAN KEÇƏN (DİM) AZƏRBAYCAN VƏTƏNDAŞI OLAN ABITURIYENTLƏRIN QƏBULU
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən yalnız 1-ci ixtisas qrupu üzrə imtahanda 500 və daha artıq bal toplayan abituriyentlər Strasburq universiteti tərəfindən təşkil olunan imtahanda iştirak edə bilərlər.UFAZ-da tədris ingilis dilində aparılır, müsabiqə azərbaycan və rus bölmələri üçün açıqdır.
Qəbul imtahanı aşağıda adları göstərilən fənlər üzrə azərbaycan və rus dillərində keçiriləcək:
- fizika (test)
- kimya (test)
- riyaziyyat (test)
- ümumi bilik bloku (test)
- ingilis dili (inşa)
* İngilis dilindən 20 üzərindən minimum 7 (07/20) və daha aşağı bal toplayan namizədlər, avtomatik olaraq UFAZ-ın qəbul imtahanından kəsilmiş sayılırlar.
Universitetə qeydiyyat, müsabiqənin nəticələrinə əsasən UFAZ komissiyası tərəfindən aparılacaq.
Müsabiqədə iştirak etmək istəyən abituriyentlər, www.ufaz.az saytında onlayn qeydiyyatdan keçməlidirlər.
Növbəti sənədlər PDF formatında UFAZ-ın saytında qeydiyyat zamanı birbaşa onlayn yüklənməli və ya Universitetə gətirilməlidir:
- Şəxsiyyət vəsiqəsinin surəti
- Rəngli fotoşəkil (3х4)
- Elektorn müraciyət forması
UFAZ-ın qəbul müsabiqəsindən keçə bilməyən abituriyentlər, DİM tərəfindən aprılan digər ali təhsil müassisələrinin müsabiqələrində iştirak edə bilərlər.
Bütün sənədlər əvvəlcədən info@ufaz.az e-ünvanına göndərilməli, daha sonra isə UFAZ-ın ofisinə təqdim olunmalıdır.
Onlayn qeydiyyat tarixi: 12/06/17 - 17/07/17
İkinci onlayn qeydiyyat: 24/07/17 – 25/07/17 23.00-dək
İmtahanın keçiriləcəyi tarix: 27 İyul, 2017 saat 10.00-da
Cavabların açıqlanması: 28/07/17
Seçilən namizədlərin son təsdiqi və qeydiyyat tarixləri: 31/08/17 - 02/08/17
İş günləri, saat 10.00-17.00 arası
UFAZ-IN BIRINCI TƏDRIS ILINƏ MÜRACIƏT EDƏN AZƏRBAYCANLI TƏLƏBƏLƏR ÜÇÜN QƏBUL MƏRHƏLƏLƏRI:
Mövcud yer sayına əsasən qəbul edilənlərin sayı məhduddur (2017/2018-ci ildə birinci kurs üçün 40 nəfərə qədər)
Müsabiqədə iştirak etmək istəyən abituriyentlər, www.ufaz.az saytında onlayn qeydiyyatdan keçməlidirlər.
Növbəti sənədlər PDF formatında UFAZ-ın saytında qeydiyyat zamanı birbaşa onlayn yüklənməli və ya Universitetə gətirilməlidir:
- Orta məktəbi bitirməyiniz haqqında sertifikat (attestat)
- Ali təhsil müəssisəsinə qəbul zamanı topladığınız nəticənin çıxarışı (DİM)
- Son iki il müddətində aldığınız akademik göstəricilər (universitet tərəfindən möhürlənmiş və imzalanmış). Minimum ÜOMG100 üzərindən 80 (GPA 80/100)
- UFAZ-a müraciət etdiyiniz ixtisas üzrə, bakalavr səviyyəsində müvafiq kursda uğurla iştirak etdiyinizi təsdiqləyən sənəd (universitet tərəfindən möhürlənmiş və imzalanmış)
- Universitetdə aldığınız tədrisi, təcrübənizi və/və ya professional təcrübənizi əhatə edən tərcümeyi-hal (CV)
- İngilis dilində yazılmış motivasiya məktubu
*Orta təhsillərindən sonra ən çox 2 il müddətində tədris alan tələbələr, UFAZ-ın imtahanına qeydiyyatdan keçmə hüququnu itirirlər.
Seçim mərhələləri:
- a. Qeydiyyatı uğurla keçdiklərindən sonra, namizədlər Bakıda, testlərdən ibarət olan imtahandan keçirlər. Həmin testlər tamamilə elmi biliklərə əsaslanacaq.
- b. İmtahandan uğurla keçən namizədlər, iyulun axırlarında 15 dəqiqəlik müsahibədən keçəcəklər. Bu müsahibə Bakıda üzbəüz formada və yaxud mümkün olacaqsa video konfrans (skayp konfrans tövsiyyə olunmaqla) formasında keçiriləcək.
*Müsahibədən keçmək üçün tələbələr 20 üzərindən minimum 12 bal toplamalıdırlar. (12/20)
Bütün sənədlər əvvəlcədən info@ufaz.az e-ünvanına göndərilməli, daha sonra isə UFAZ-ın ofisinə təqdim olunmalıdır.
Onlayn qeydiyyat tarixi: 13/07/17 tarixinədək açıqdır
İmtahanın keçiriləcəyi tarix: 17/07/17 saat 10.00
Müsahibələrin keçirilmə tarixi 24/07/17 - 28/07/17
Seçilən namizədlərin son təsdiqi və qeydiyyat tarixləri: 31/07/17 - 07/08/17
Sənəd qəbulunun, qəbul imtahanının və müşavirələrin keçiriləcəyi ünvan: Azadlıq pr. 34, Bakı (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - əsas bina)
Əlaqə nömrələri:
+(994) 12 493 23 24
+(994) 50 969 83 55
E-ünvan: info@ufaz.az
Veb-sayt: www.ufaz.az