×

Xəbərlər

Xəbərlər 02 Jun 2017
ADNSU rektoru 24-cü Beynəlxalq Xəzər Neft və Qaz Konfransında məruzə ilə çıxış edib

İyunun 1-2-də Bakıda Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbir - 24-cü Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil&Gas 2017” konfransı keçirilib.

Regionda neft-qaz sənayesinin əsas tədbiri olan konfrans, hər il Xəzəryanı regionun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədi ilə ən yüksək səviyyəli rəhbər işçilərini öz meydançasında bir araya gətirir.

Konfransda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı "Müasir təhsildə innovasiyalar: Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin təcrübəsi” mövzusunda çıxış edib.


Paylaş