×

Xəbərlər

Xəbərlər 14 Jun 2017
ADNSU rektoru Fransada yay məktəbində iştirak edəcək tələbələrlə görüşüb

İyunun 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Fransanın Strasburq Universitetində təşkil olunan yay məktəbində iştirak edəcək Fransa-Azərbaycan Universitetinin (UFAZ) tələbələri ilə görüşüb. Görüşdə UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov, baş katib Şarlotta Payen, yay məktəbində iştirak edəcək tələbələr və onların valideynləri iştirak edib.

ADNSU-nun rektoru, prof. Mustafa Babanlı Fransaya yola düşəcək tələbələrə uğurlar arzulayıb, onların ölkəmizi və universitetimizi layiqincə təmsil edəcəyinə şübhə etmədiyini bildirib. Rektor Mustafa Babanlı yay məktəbi müddətində tələbələrə onlara verilən tapşırıqları vaxtında yerinə yetirməyi və asudə vaxtlarını səmərəli keçirmələrini tövsiyə edib.

UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov tələbələrlə birlikdə Strasburqa yola düşəcək nümayəndə heyətini təqdim edib, onlar haqqında məlumat verib.

UFAZ-ın baş katibi Şarlotta Payen 2 həftə müddətində tələbələrin görəcəyi işlər, iştirak edəcəkləri görüşlər və s. haqqında danışıb.

Sonda tələbə və valideynlərin sualları cavablandırılıb.

Qeyd edək ki, UFAZ-ın 40 tələbəsi iyulun 2-dən 16-dək Fransanın Strasburq Universitetində təşkil olunan yay məktəbində iştirak edəcək.


Paylaş