×

Xəbərlər

Xəbərlər 22 Jun 2017
ADNSU-nun professoru Rusiyada keçirilən beynəlxalq konfranslarda iştirak edib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının müdiri, riyaziyyat üzrə elmlər doktoru, professor Araz Əliyev 18-20 may tarixlərində Rusiyada Başkir Dövlət Universitetinin Sterlitamak Filialında keçirilən “Modern Mathematics and its Applications” beynəlxalq konfransında iştirak edib. Konfransda “On Conditions for the Solvability of Boundary Value Problems for a Class of Third-order Operator Differential Equations” mövzusunda plenar məruzə ilə çıxış edib.

24-27 may tarixlərində isə professor Araz Əliyev Başkir Dövlət Universitetində keçirilən SSRİ Elmlər Akademiyasının müxbir üzvü A.F.Leontyevin 100 illik yubileyinə həsr olunmuş funksiyalar nəzəriyyəsi üzrə beynəlxalq konfransda iştirak edib. Konfransda “Об условиях разрешимости в весовом пространстве типа Соболева одного операторно-дифференциального уравнения с обратно параболической главной частью” mövzusunda məruzə edib.

Ezamiyyət zamanı professor Araz Əliyev AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Bilal Bilalovla birgə Başkir Pedaqoji Universitetinin professoru, Rusiya Federasiyasının əməkdar elm xadimi Yaudat Sultanayev, Başkir Dövlət Universitetinin “Riyazi məntiq və cəbr” kafedrasının müdiri, professor Bulat Xabibullin, Başkir Dövlət Universitetinin professoru Azamat Axtyamov və digərləri ilə elmi müzakirələr apararaq gələcəkdə “Tam funksiyalar nəzəriyyəsi metodlarının operatorlar nəzəriyyəsinə tətbiqi” mövzusunda birgə elmi araşdırmaların aparılması üzrə razılığa gəlmişdir.


Paylaş