×

Xəbərlər

Xəbərlər 01 Jul 2017
ADNSU-da keçmiş məzunlarla görüş keçirilib

İyulun 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) universitetin keçmiş məzunları ilə görüş keçirilib.

Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, prorektorlar, dövlət və ictimaiyyət nümayəndələri, millət vəkilləri, Azİİ-nin keçmiş məzunları və media nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan ADNSU-nun rektoru, professor M.Babanlı qonaqları salamlayaraq 2016/2017-ci tədris ilinin nəticələri ilə bağlı geniş hesabatla çııxış edib. Rektor M.Babanlı ADNSU-da tələbələrin tədris göstəriciləri, Fransa-Azərbaycan Universitetində təhsil alan gənclərin imtahan nəticələri, elm mərkəzi, elektron universitet, beynəlxalq əməkdaşlıq, universitetdə il ərzində keçirilən tədbirlər, şirkətlərlə əməkdaşlıq, Məzun-Karyera Sərgisi, İctimaiyyətlə Əlaqələr departamentinin gördüyü işlər, “Oil and İndustry” jurnalı və həyata keçirilən digər islahatlarla bağlı hesabatı qonaqların diqqətinə çatdırıb.

Ötən illə müqayisədə bu il həm bakalavr, həm də magistartura səviyyəsində qəbulun daha yüksək olduğunu qeyd edən rektor M.Babanlı həmin tələbələrin tədris göstəricilərinin və imtahan qiymətlərinin də yüksək olduğunu vurğulayıb. Rektor Universitetdə aparılan islahatların və şəffaf təhsil mühitinin formalaşmasının gənclərə geniş imkanlar yaratdığını bildirib.

Rektor M.Babanlı universitetdə Startap məktəbinin gördüyü işlərdən və layihələrdən danışıb. Daha sonra Startap və innovativ ideyaların təqdimatı olub. ADNSU tələbələri multivizor, ağıllı klaviatura, interaktiv lövhə, ağıllı çanta və digər startap layihələri ilə qonaqları əyani şəkildə tanış ediblər.  

Tədbir universitetin həyətində təşkil olunmuş konsert proqramı ilə davam etdirilib. Universitetin "Gənclik" mahnı və rəqs ansamblının, Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyasının nümayəndələrinin, eləcə də respublikanın tanınmış ifaçılarının çıxışları tədbiri daha yadda qalan edib.


Paylaş