×

Xəbərlər

Xəbərlər 07 Jul 2017
ADNSU-nun rektoru Universitet Prezidentləri Beynəlxalq Assosiasiyasının Vyana görüşündə iştirak edir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı Universitet Prezidentləri Beynəlxalq Assosiasiyasının (UPBA) Vyana konfransında iştirak etmək məqsədilə Avstriyada səfərdədir. 5-8 iyul tarixləri arasında təşkil olunan tədbirdə təşkilatın yeni rəhbərliyi müəyyən olunub. Bundan sonrakı 3 illik dövrdə UPBA-nın sədrliyi Qafqaz Universitetinin (Gürcüstan) rektoru Kaxa Şengeliya, baş katibliyi Yuxarı Avstriya Tətbiqi Elmlər Universitetinin (Avstriya) rektoru Gerald Rayzinger tərəfindən həyata keçiriləcək.

UPBA-nın inkişafının yeni dövründə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru prof. M. Babanlıya qurumun regional koorinatorluğu, həmçinin 2018-ci ilin yazında qurum çərçivəsində Bakıda beynəlxalq konfransın keçirilməsi təklif edilib.

Avropa, Amerika, Asiya və Afrikadan 200-dən çox universitet rəhbərinin iştirak etdiyi tədbirdə M.Babanlı çoxsaylı görüşlər keçirib, bir sıra ali məktəblərlə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib və bəziləri ilə konkret razılıqlara gəlinib. 


Paylaş